Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 18:32
"Mançester Yunayted" yayda heyətini gücləndirəcək.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerə ən azı 3 yeni futbolçu alınacığını söz verib. Norveçli mütəxəssis özü də dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə səfər oyunundan (0:3) sonra mövsümlərarası fasilədə yeni transferlərin olacağını təsdiqləyib.
Əgər Ander Erreranın PSJ-yə keçidi gerçəkləşsə, 3 yox, 4 futbolçunun alına biləcəyi iddia olunur.