Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 14:08
Bakı. Trend:
2020-ci ilin ilk 6 ayı ərzində Fransanın dövlət borcu rekord həddə çatıb.
Trend-in məlumatına görə, bu göstərici Fransanın ümumi daxili məhsulunun 114,1 faizini təşkil edib.
İyulun 1-ə olan vəziyyətə görə, Fransanın dövlət borcu 2 trilyon 638,3 milyard avroya bərabər olub. Bu rəqəm aprelin 1-i ilə müqayisədə 113,4 milyard avro artıb.
Bu, 1995-ci ildən bəri qeydə alınan ən yüksək artım olub.