Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 18:38
Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarında dəyişiklik edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Qərara əsasən, ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib.
Qərara əsasən, tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır:
-ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti;
- ərazinin tikinti sıxlığı əmsalı - bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti.
- Yaşayış və ictimai-işgüzar zonalar üçün ərazinin tikinti və tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə və müəssisələr, qarajlar, avtomobil duracaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilib.
-İstehsalat zonası üçün bu əmsallar istehsalat tikintisi (bir və ya bir neçə obyektlər) olan məhəllələr üçün verilib.
- Ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri binanın xarici ölçüləri ilə müəyyən edilir. Bu zaman yalnız yerüstü mərtəbələr (mansarda mərtəbəsi daxil olmaqla) nəzərə alınır. Bina və qurğuların yeraltı mərtəbələri nəzərə alınmır.
-Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.
-Yaşayış və ictimai-işgüzar zonaların formalaşmış mövcud məhəllələrinin yenidən qurulması zamanı (mansardaların, mərtəbələrin artırılması da daxil olmaqla), bu məhəllələrin əhalisi üçün tələb olunan xidməti idarə və müəssisələr nəzərdə tutulmalıdır. Xidmət radiuslarına riayət edilməklə, qonşu məhəllələrdəki xidməti müəssisələr (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) nəzərə alına bilər.
-Mövcud yaşayış zonalarında ərazilərin yenidən qurulması zamanı yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri, tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar- 3 epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraiti təmin edilməklə, ərazinin tikinti əmsalı 0,6-dan artıq olmamaq şərtilə, tikinti və tikinti sıxlığı əmsalının 30 faizdən çox olmayaraq artırılmasına yol verilir.
*Ayrıca yerüstü qaraj binasının ümumi sahəsinin 25%-ə qədərinin digər sahibkarlıq məqsədləri üçün istifadəsinə yol verilir.
Qeyd edək ki, indiyə qədər ərazi zonalarında yolverilən tikintinin miqyası aşağıdakı cədvəl üzrə müəyyən edilib:
Ərazi zonaları |
Ərazinin tikinti əmsalı |
Ərazinin tikinti sıxlığı əmsalı |
Yaşayış zonaları Çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları ,o cümlədən: yenidən qurulan orta mərtəbəli çoxmənzilli yaşayış binaları azmərtəbəli çoxmənzilli yaşayış binaları mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri İctimai-işgüzar zona çoxfunksiyalı tikinti ixtisaslaşdırılmış ictimai tikinti İstehsalat zonası sənaye elmi-istehsalat kommunal-anbar |
0.4 0.6 0.4 0.4 0.3 0.2 1.0 0.8 0.8 0.6 0.6 |
1.2 1.6 0.8 0.6 0.6 0.4 3.0 2.4 2.4 1.0 1.8 |