Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

Tarix: 25 Sentyabr 2020 20:48

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) resursları ərazi münaqişələrində istifadə oluna bilməz.

Sonxeber.net bildirir ki, bunu Trend-ə qazaxıstanlı politoloq Dosım Satpayev Ermənistanın kömək üçün KTMT-yə müraciətini şərh edərkən deyib.

O qeyd edib ki, KTMT-nin nizamnaməsinə əsasən, bu təşkilat hər hansı siyasi və hərbi oyunlar üçün istifadə oluna bilməz:

"Bu təşkilatın səyləri hansısa üzv istəyir deyə istifadə oluna bilməz. Bu qurum yalnız xarici təcavüz halında öz üzvlərinə dəstək göstərə bilər. Amma söhbət ərazi mübahisələrindən gedirsə, bu, KTMT-nin səlahiyyətlərinə daxil deyil, çünki bu cür məsələlər diplomatik yolla həll olunmalıdır".

Politoloq xatırladıb ki, Qazaxıstan hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin fəal tərəfdarı olub:

"Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu prioritet hesab edir".


Etiketlər:  Qazaxıstanlı politoloq KTMT resursları ərazi münaqişələrində istifadə oluna bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ