Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 13:48
Bakı. Trend:
Livanın Baş naziri Mustafa Ədib ölkə hökumətini formalaşdırmaqdan imtina etdiyini və öz istefasını elan edib.
Trend-in məlumatına görə, o, ölkə Prezidenti Mişel Aunla görüşündən sonra bildirib: “Siyasi partiyalar mənim kabineti formalaşdırmaq naminə can atdığım həmrəyliyi pozduqlarına görə üzr istəyirəm. Onlar prosesi siyasiləşdirməkdən əl çəkmədilər”.
M.Ədib eyni zamanda, Fransanın Livanda vəziyyəti sabitləşdirmək təşəbbüsünü reallaşdırmağın vacibliyini vurğulayaraq deyib: “Livanı xilas etmək üçün Makronun təşəbbüsünü reallaşdırmağı davam etdirmək lazımdır”.