Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hiperkinezlər

Hiperkinezlər

Tarix: 26 Sentyabr 2020 23:51

Skelet əzələlərinin qeyri-iradi hərəkətləri hiperkinez adlanır. Bu zaman bədənin müxtəlif hissələri məcburi surətdə mürəkkəb və qeyri-adi konfiqurasiyalı hərəkətlər edir.Hiperkinez piramid,ekstrapiramid və onurğa beyin mənşəli olur.Onun əmələ gəlməsində ekstrapiramid pozğunluqlarının böyük rolu vardır.Ekstrapiramid sistem beyinciklə birlikdə əzələ tonusunu və mürəkkəb hərəkətlərin sərbəstliyini idarə edir.Onun fəaliyyəti pozulduqda sinir sisteminin hərəki zonalarında ləngimə prosesləri zəifləyir.Bu müxtəlif xarakterli hərəkət pozulmaları ilə nəticələnir.Bu pozulmalara aiddir:
- hərəkətin itirilməsi
- hiperkinez
- hərəkət koordinasiyasının pozğunluqları
Piramid mənşəli hipoerkinezlər qıcıq şəklində olur.Onurğa beyinin zədələnmələri ilə əlaqədar olan hiperkinezlər isə əzələlərin fibrilyar yığılmaları ilə xarakterizə olunur.Yəni bu zaman əzələ lifləri bir-birilə əlaqəsiz şəkildə yığılır.Fibrilyar əzələ yığılmaları periferik hərəki neyronların qıcıqlanması ilə əlaqədardır.
Hiperkinezlərin 2 əsas növü var.Onlar aşağıdakılardır:
1 Qıclıq - bu əzələlərin kəskin şəkildə qeyri-iradi yığılmasıdır.Bu yığılma formasına görə tonik və klonik olur.Klonik qıclıq zamanı müxtəlif əzələ qruplarının yığılma və boşalmaları bir-birini əvəz edir.Qıclığın bu növü epilepsiya xəstəliyi zamanı baş verir.Tonik qıclıq zamanı isə əzələlər uzun müddət ərzində yığılmış vəziyyətdə olur.Bu cür qıclığa kəllə travmalarının bəzi növləri,hiperqlikemik koma,qara ciyər koması zamanı baş verir.
2 Ekstrapiramid mənşəli hiperkinezlərə tremor,xoreya və atetoz aiddir.Tremor əzələ titrəməsi ilə müşayiət olunur.Bu əzələ qruplarının tonusunun növbə ilə qeyri-iradi şəkildə dəyişməsi nəticəsində əmələ gələn zəif əzələ yığılmasıdır.Tremor titrəməsi Parkinson xəstəliyində,ensefalit və dağınıq skleroz zamanı rast gəlinir.
Xoreya ətrafların,başın,gövdənin sürətli və qeyri-ritmik hərəkətləri ilə xarakterizə olunur.
Atetoz əsasən yuxarı ətraflarda(xüsusən barmaqlarda)müşahidə edilir.Bu zaman antoqonist əzələ qrupları eyni vaxtda yığılır,ətraflar qıclıq tutmalarındakılara nisbətən zəif sürətlə,dalğavari hərəkət edir..


Etiketlər:  Hiperkinezlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ