Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır

Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır

Tarix: 28 Sentyabr 2020 20:52

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistanın Azərbaycana hücumu təxribatdır.

Bunu Trend-ə Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliyev deyib.

O, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirib:

“Mən Ermənistanın Azərbaycana hücumunu pisləyirəm, bu, təxribatdır. Mən tərəfləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığı əsasında tənzimlənməsinə qayıtmağa çağırıram”.


Etiketlər:  Bolqarıstanın sabiq prezidenti Ermənistanın Azərbaycana hücumu təxribatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ