Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır

Səfirlik: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır

Tarix: 29 Sentyabr 2020 11:16

Bakı. Ləman Zeynalova - Trend:

BMT Təhlükəsizlik Şurası üzvlərinin Dağlıq Qarabağda münaqişənin gərginləşməsinə həsr olunacaq görüşü məlumat xarakteri daşıyır.

Bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, görüşün təşəbbüsçüsü Almaniyanın Xarici işlər naziri və Dövlət katibidir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin müzakirələri sentyabrın 29-dan 30-a keçən gecə keçiriləcək.

Müzakirələr bağlı formatda baş tutacaq. Görüşün keçirilməsi üçün Fransa, Almaniya, Böyük Britaniya, Estoniya və Belçika müraciət edib.


Etiketlər:  Səfirlik Təhlükəsizlik Şurasının Qarabağla bağlı görüşü məlumat xarakteri daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ