Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq və XİN bəyanat yaydı - YENİLƏNİB - FOTO

Baş Prokurorluq və XİN bəyanat yaydı - YENİLƏNİB - FOTO

Tarix: 29 Sentyabr 2020 12:48

12:44

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq erməni silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti təxribatı ilə bağlı bəyanat yayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bəyanatda qeyd olunur ki, ermənilər beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutub.

Bildirilib ki, nəticədə 10 nəfər mülki şəxs həlak olub, 30 nəfər yaralanıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu cinayətləri ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işləri açılıb.

Bütün bunlar Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətidir. Ermənilər məqsədli şəkildə mülki əhalini və obyektləri atəşə tutur. Beynəlxlaq ictimaiyyət Ermənistanın bu cinayət əməllərini pisləməli və onun qarşısını almaq üçün tədbirlər görməlidir.

----------
12:39

Baş Prokurorluq və Xarici İşlər Nazirliyi (XİN) ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı birgə bəyanat yayıb. 

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu XİN və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, 27 sentyabr tarixində ermənilər cəbhəboyu ərazidə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təxribat törədib. 


Etiketlər:  Baş Prokurorluq XİN bəyanat yaydı YENİLƏNİB FOTO


RƏYLƏR