Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 16:27
Azərbaycana edilən hücum bizə olan hücumdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş deyib.
O qeyd edib: "Biz beynəlxalq arenada Azərbaycanı təkləməyə imkan verməyəcəyik. Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirənlər bilməlidir ki, onlar Ermənistanın hərbi cinayətlərinə şərikdirlər. Biz əminik ki Azərbaycan bütün işğal olunan əraziləri geri qaytaracaq və zəfər qazanacaq. Buna əsla şübhəmiz yoxdur".