Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 16:48
Hollandiya Erediviziyasının 32-ci turunda “Vitess”i məğlub edən (4:2) “Ayaks” rekorda imza atıb.
Qol.az xəbər verir ki, Amsterdam təmsilçisi bu mövsüm bütün turnirlər daxil olmaqla, 160 qol vurub. Bu, Hollandiya futbol tarixinin ən yüksək göstəricisidir.
Bundan əvvəlki rekord “AZ Alkmaar”da aid idi. Erediviziya təmsilçisi 1980/81 mövsümündə bütün turnirlər daxil olmaqla 158 qol vurmuşdu.
Qeyd edək ki, “Ayaks” bu mövsüm yerli çempionatda 111, Çempionlar Liqasında 32, Hollandiya kubokunda isə 17 qol vurub.