Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Ordumuzun qarşısında aciz qalan ermənilər mülki əhalini atəşə tutur

Deputat: Ordumuzun qarşısında aciz qalan ermənilər mülki əhalini atəşə tutur

Tarix: 29 Sentyabr 2020 17:42

Bu gün cəbhə xəttində baş verən gərginliyə görə bütün məsuliyyət tam olaraq kriminal Ermənistan rəhbərliyinin üzərinə düşür.

Sonxeber.net bildirir ki,  bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Ermənistan uzun müddət idi ki, Azərbaycana qarşı yeni təxribatlara və müharibəyə hazırlaşırdı:

"Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistanın son dövlər Azərbaycana qarşı təxribatları daha intensiv xarakter almışdı. Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "seçkilərin" keçirilməsi, işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşmanın aparılması, Suriya, İraq və Livandan terrorçuların işğal olunmuş ərazilərə yerləşdirilməsi, Paşinyanın Qarabağı Ermənistana məxsus olması ilə bağlı sərsəm bəyanatları, o cümlədən iyul ayında ermənilərin Tovuz istiqamətində təxribatları ölkəmizə qarşı yeni müharibənin hazırlanmasından xəbər verirdi.

Cənab Prezident İlham Əliyev bu barədə öz çıxışlarında bildirdi, xüsusilə BMT Baş Assamblyasının 75-ci iclasında Ermənistanın yeni təxribatlara və müharibəyə hazırlaşdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın qarşısının alınması ilə bağlı tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Bununla belə, cənab Prezident Ermənistanın yeni təxribatlara əl atacağı tədqirdə Azərbaycan tərəfinin cavabının ağır olacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Bütün bunlardan nəticə çıxarmayan Ermənistan 27 sentyabr səhər sübh saatlarından ölkəmizə qarşı genişmiqyaslı təxribatlara başladı. Lakin qüdrətli Azərbayan ordusu düşmənin layiqli cavabını verdi və onu böyük itkilərə məruz qoydu. Məlum olduğu kimi, ordumuz bir neçə yaşayış məntəqəsini, strateji postları və yüksəklikləri düşmən tapdağından azad edib.

Azərbaycan ordsu qarşısında aciz qalan düşmən çirkin ənənəsinə sadiq qalaraq əhalini və obyektləri atəşə tutur. Bu, eyni zamanda beynəlxalq müharibə cinayəti hesab olunur. Lakin Azərbaycan ordusu bu istiqamətdə də düşmənin layiqli cəzasını verir. Bu gün Azərbaycan xalqında və ordusunda böyük ruh yüksəliyi və qələbə əzmi var, xalqımız Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və qələbənin yaxında olduğuna inanır".


Etiketlər:  Deputat Ordumuzun qarşısında aciz qalan ermənilər mülki əhalini atəşə tutur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ