Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı ekspert: ''İlham Əliyev Paşinyanı yerində otuzdurdu''

Rusiyalı ekspert: ''İlham Əliyev Paşinyanı yerində otuzdurdu''

Tarix: 30 Sentyabr 2020 10:57

"Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı yerində otuzdurdu.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Twitter" səhifəsində yazıb.

O, ötən gün Rusiya televiziyasında baş tutmuş debatı şərh edib:

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi "60 dəqiqə" verilişinin canlı yayımını izlədim. Əliyev Paşinyanı yerində otuzdurdu - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbi məhz budur".

O, daha bir paylaşımında isə N.Paşinyanın dünya liderlərinə zənglərini xatırladıb:

"Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?"


Etiketlər:  Rusiyalı ekspert İlham Əliyev Paşinyanı yerində otuzdurdu


RƏYLƏR