Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib

Tarix: 30 Sentyabr 2020 19:24

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Əlahəzrət,

Böyük qardaşınız - Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Küveyt xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirinə başsağlığı verib


RƏYLƏR