Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Barselona Dembelenin qiymətini açıqladı

Barselona Dembelenin qiymətini açıqladı

Tarix: 14 Oktyabr 2020 18:30

"Barcelona" hücumçusu Osman Dembeleni satmaqda israrlıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu fransalı futbolçunun qiymətini açıqlayıb.

Məlumata görə, rəhbərlik Dembeleni 45 milyon funt sterlinq qarşılığında satacaq. Daha öncə klub oyunçu ilə müqavilənin uzadılması barədə razılığa gələ bilməmişdi. Fransalı hücumçuya Premyer Liqa klublarından təkliflər olduğu vurğulanıb.

Qeyd edək ki, Barcelona 23 yaşlı forvardı 2017-ci ildə 105 milyon avro qarşılığında Borussia-dan transfer edib.

Milli.Az


Etiketlər:  Barselona Dembelenin qiymətini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ