Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Filipplə danışdım, ermənilərə humanitar yardım etməyib'' - Aygün Kazımova

''Filipplə danışdım, ermənilərə humanitar yardım etməyib'' - Aygün Kazımova

Tarix: 15 Oktyabr 2020 13:35

Son zamanlar Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Filipplə əlaqə saxlamağı özümə borc bildim və hər şeyi danışdıq.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yazıb. Müğənni Rusiyanın Xalq artisti Filipp Kirkorov və atası Bedros Kirkorovla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Kazımova qeyd edib ki, Kirkorovun erməni ordusuna maddi dəstək olması haqda yayılanlar onu narahat edib və həmkarı ilə bu haqda danışıb:

"Filipp mənə dedi ki, "Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz. Bu xəbərlər yalandır, böhtandır. Belə bir addım atılmayıb. Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm". 

Yayılan yalan xəbərlər Filippi də sarsıdıb. Bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq. Unutmayaq ki, bizi düşmən izləyir. Yeri gəlmişkən Filipp bu günə qədər nə "Can Rossiya", nə "Bolqarıstan", nə də "Can Ermənistan" oxuyub. Amma "Can Azərbaycan" ifa edib. Bu mahnıya görə ermənilər Filippi tənqid atəşinə tuturlar, İnstagram səhivələrində və saytlarında təhqirlər yağdırırlar.

Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsi gedir. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq".


Etiketlər:  Filipplə danışdım ermənilərə humanitar yardım etməyib Aygün Kazımova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ