Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 02:36
Bakı. Trend:
Pakistanın Şimali Vəziristan bölgəsindəki Bəlucistan əyalətində iki terror hücumu nəticəsində 12 xüsusi xidmətin əməkdaşı və hərbçisi həlak olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan radiosu məlumat yayıb.
Ölənlərdən altı nəfər Qvadar adlanan rayonda naməlum silahlıların dövlətə məxsus "Oil & Gas Development Company Ltd" (OGDCL) şirkətinin maşın karvanına hücum etməsi nəticəsində, digər altı hərbçi isə Razmak adlanan ərazidə partlayıcının işə düşməsi nəticəsində həlak olublar. Cinayətkarların axtarışı davam edir.