Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın mahiyyəti terrorçuluq üzərində qurulub'' - Deputat

''Ermənistanın mahiyyəti terrorçuluq üzərində qurulub'' - Deputat

Tarix: 16 Oktyabr 2020 11:21

Ermənistanın mahiyyəti terrorçuluq üzərində qurulub. Beynəlxalq miqyasda da bir çox terror hadisələri ermənilər tərəfindən törədilib. O cümlədən ölkəmiz də uzun illərdir ki, erməni terroruna məruz qalır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, terrorçu üçün insan amili və hüquq yoxdur: "Terrorçunun məqsədi aldığı müəyyən vəsait hesabına sifariş olunmuş cinayətin reallaşdırılmasıdır. İşğal olunmuş torpaqlarımızda darmadağın olunmuş ermənilər indi qondarma rejim tərəfindən Dağlıq Qarabağa döyüşmək üçün xaricdən muzdluların gətirilməsini guya ki, legitimləşdirəcək düzəlişin edilməsini təklif edir.

Aciz duruma düşmüş qondarma rejimin qondarma rəhbəri deyəsən başını itirib. Birincisi ona görə ki, beynəlxalq konvensiyalarda və hüquqi sənədlərdə silahlı muzdluların üçüncü dövlətlərdən cəlb edilməsi, maliyyələşdirilməsi qadağandır. Ermənilərin bu hərəkəti beynəlxalq terrorizmin inkişafına xidmət deməkdir. Digər tərəfdən də ermənilərin siyasi-hərbi rəhbərliyi hələ də anlamayıb ki, Azərbaycan ordusuna qarşı döyüşə çıxmış hər bir terrorçu məhvə məhkumdur. Bu gün ordumuzun arsenalında olan yüksək texnologiyalar düşmənin hər bir hədəfini uzaqdan məhv edir. Məhz bunun göstəricisidir ki, Ermənistan ordusunun hərbi texnikasına təkcə PUA-larımızın vurduğu ziyan 1 milyard dollardan artıqdır.

Canlı qüvvəsindən danışılanda isə qeyd etmək istəyirəm ki, ermənilərin minlərlə canlı qüvvəsi məhv edilib, bu gün Ermənistanda gənc nəsil demək olar ki yoxdur, indi qocalarını döyüşə göndərirlər. Paşinyan və Arutyunyan nə qədər ki, gec deyil, ağıllarını başına yığıb insanları ölümə göndərməkdən çəkinməlidir. Bunu hətta düşmən səngərlərində çəkilmiş çəkilişlərdə əsgərlərin də etiraf etdiyini görürük. Bu gün Azərbaycan ordusu ilə üzbəüz dayanmağa zorla göndərilən düşmən əsagərləri deyirlər ki, onları döyüşə qırılmaq üçün göndəriblər. Gətiriləcək muzdluları da eyni aqibət gözləyir. Düşmən tərəfə muzdla döyüşə gəlmək istəyənin bir az ağılı varsa, bu gün erməni əsgərinin taleyinə baxmalıdır. Çünki kim Dağlıq Qarabağa döyüşməyə gələrsə, o, oradan sağ-salamat geri qayıtmayacaq".


Etiketlər:  Ermənistanın mahiyyəti terrorçuluq üzərində qurulub Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ