Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 14:00
Ümumiyyətlə, sovet dövründə müstəqilliyin ilk illərinə qədər Qarabağ marşrutu çox böyük bir populyarlıq qazanmışdı.
Bunu Sonxeber.net-a açıqlamasında turizm eksperti Ruslan Quliyev deyib.
Ekspert bildirib ki, İpək Yolu layihəsi çərçivəsində də bu Qarabağ marşrutunu çox gözəl bir şəkildə təqdim etmək olar:
"Qarabağ marşrutu ümumittifaq marşrutları içərisində postsovet və sosialist məkanında ən intensiv realizə olunan, Azərbaycanda tətbiq olunan marşrutlar içərisində də ən əsrarəngiz və maraqlı marşrutlardan biri idi. O illər ərzində milyondan artıq insan bu marşrutdan istifadə etmişdi. Əlbəttə, 1991-ci ildən sonrakı dövrdə Qarabağ müharibəsinin başlanması, məcburi köçkünlərin öz yurd-yuvalarından olması, o mərkəzlərin qəsb olunması bu marşrutun 30 il müddətində aktuallığını itirməsinə gətirib çıxardı.
Hər zaman erməni provokasiyaları ilə qarşılaşırdıq. Dünya sərgilərində Qarabağı ayrı bir stend kimi qoyurdular və bununla bağlı əlaqədar təşkilatlara biz müraciət edirdik. Qarabağın kənd təsərrüfatı baxımından da iqtisadiyyata verəcəyi töhfələr əvəzsizdir. Bu baxımdan da turizm marşrutlarında buna yeni bir nəfəs verilməsi çox vacibdir. Burada həm ekoloji marşrutlar, həm dini turizm, həm mədəni turların və sanator-kurort turların təşkil olunması baxımından inşallah inanırıq ki, ölkə turizm sənayesi yeni bir təqdimatla bunu dünya ölkələri arasında tətbiq edəcək və ən maraqlı marşrut sırasına daxil olacaq. İpək Yolu layihəsi çərçivəsində də bu Qarabağ marşrutunu çox gözəl bir şəkildə təqdim etmək olar".
Təhməz Əsədov