Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 15:38
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, müdafiəçi Pervis Estupinyan və hücumçu Jerar Moreno tibbi müayinədən keçib. Onların hər ikisinin azı 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, sözügedən futbolçular "Qarabağ"la oyunu buraxacaqlar.
Qeyd edək ki, "Vilyarreal"da yarımmüdafiəçi Frensis Kokelin da zədədən əziyyət çəkir. Müdafiəçi Sofian Çakla isə koronavirusa yoluxub.
"Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda qarşılaşacaq.