Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 17:22
"Avro-2020" ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb.
Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
AFFA-nın icraçı vitse-prezidenti bildirib ki, futbol üzrə "Avro-2020" cari ilin iyun-iyul aylarında təşkil olunmalı idi. Təəssüf ki, COVID-19 pandemiyasına görə, UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, həmin yarış bir il təxirə salınıb.
"Son günlər beynəlxalq və yerli mediada "Avro-2020"nin formatının dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Lakin "Avro-2020" ilə bağlı dəyişiklik barədə UEFA-dan AFFA-ya heç bir müraciət daxil olmayıb. Eləcə də araşdırma məqsədilə də sorğu almamışıq. UEFA-nın İcraiyyə Komitəsinin sonuncu qərarına əsasən, "Avro-2020" 12 şəhərdə təşkil olunacaq. Bu sıraya Bakı da daxildir. Turnir 2021-ci ilin iyun-iyul aylarında təşkil olunacaq. UEFA-dan hər hansı məlumat alınsa, bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə Elxan Məmmədov qeyd edib.