Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 15:21
Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması, Mingəçevir şəhərini, Naxçıvanın Ordubad şəhərini və digər dinc sakinlərin yaşadığı əraziləri hədəfə alması onu göstərir ki, ermənilər artıq məğlub olduqlarını boyunlarına alıblar və son addımlarını atırlar.
Sonxeber.net bildirir ki, bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, bu ərazilərin atəşə tutulması beynəlxalq humanitar hüquq prisniplərinin birbaşa pozulmasıdır: "1977-ci ilin Cenevrə Konvensiyasının Əlavə protokolları həmin prinsipləri bir daha təsdiqlədi və təkmilləşdirdi. Burada fərq qoymaq prinsipi aydın şəkildə qeyd edilib və bildirilib ki, münaqişənin tərəfləri hər zaman mülki əhali ilə kombatantlar arasında, eləcə də mülki və hərbi obyektlər arasında fərq qoymalı və buna uyğun olaraq öz əməliyyatlarını ancaq hərbi obyektlərə qarşı yönəltməlidirlər. Ermənistanın bu şəhərləri hədəfə alması onu göstərir ki, bu dövlət üçün heç bir hüquq və beynəlxalq normalar yoxdur. Bu dövlət cinayətkardır və terrorçudur. Bütün beynəlxalq güclər və siyasilər Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam əməl etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərinin daxilində hərbi əməliyyat həyata keçirdiyini dəfələrlə qeyd edib. Onlar Ermənistanın təcəvüzkar olmasını da təsdiq edirlər".
Politoloq əlavə edib ki, Gəncə bir qədim şəhər olaraq çox belə zərbələr alıb, lakin hər zaman ayaq üstə olub və döyüş ruhunu itirməyib. Bu gün də bu zərbələr Gəncəni və digər şəhərləri daha da mübariz bir əraziyə çevrilməsinə səbəb olur: "Gəncənin qisası isə az çəkmədi alındı. Cəbhənin müxtəlif istiqamətlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Füzuli şəhəri və əraziyə yaxın kəndlər işğaldan azad edilib. Terrorçular öz layiqli cavablarını aldılar və döyüş bölgəsini qoyub qaçanların sayı durmadan artır. Azərbaycan ordusu cəbhədə düşmənə layiqli cavab verir və yaxın günlərdə terrorizm üzərində Qələbə gününü qeyd edəcəyik".