Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 13:08
Millimizin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının 16-cı turunda “Jetısu" ilə keçirilən görüşün (1:0) ən yaxşı futbolçularından biri seçilib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “Instat”ın təhlilinə görə, sözügedən matçda qapısını toxunulmaz saxlayan 24 yaşlı qolkiper komandasının ən yaxşı üçüncü oyunçusu olub. Onun çıxışı 278 xalla qiymətləndirilib. Balayevin ötürmələrinin 70 faizinin dəqiq olduğu bildirilib.
"Jetısu" ilə görüşdə birinci qolun müəllifi Fernander Kassay 1-ci (297 xal) , Nika Kvekveskiri 2-ci (290 xal) olub.