Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan Dağlıq Qarabağda məskunlaşan sakinləri məcburi şəkildə döyüş meydanında saxlamaq istəyir''

''Ermənistan Dağlıq Qarabağda məskunlaşan sakinləri məcburi şəkildə döyüş meydanında saxlamaq istəyir''

Tarix: 19 Oktyabr 2020 09:09

Ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejim bölgədə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq etməsi gözlənilən idi.

Sonxeber.net bildirir ki, bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu addımı atmaqda məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsinin, fərarilik edən erməni hərbi qulluqçularının tutulub məcburi şəkildə döyüş meydanında saxlanılmasıdır.

Politoloq qeyd edib ki, ermənilər tərəfindən belə hala ilk dəfə rast gəlinmir. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti dövründə də belə fakta rast gəlinib. Həmin vaxtda ermənilər Qarabağ döyüşləri zamanı Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyərək kütləvi şəkildə Şuşa, Xankəndi və digər rayonlardan Rusiya, İran, Gürcüstana qaçırdılar:

"Bu gün ölkəmizə yaxın ərazilərdəki erməni diasporunun üzvləri məhz o illərdə Qarabağı tərk edən ermənilərdir. Bu gün də tarix təkrarlanır. Ermənilər Azərbaycan ordusunun gücü qarşısında duruş gətirə bilmirlər. Bu, ermənilərin qorxaq olmasını göstərir. Yalan, riyakarlıq, yaltaqlıq, qorxaqlıq, çörəyini yediyi adama arxadan zərbə vurmaq, vəhşilik, barbarlıq, əxlaqsızlıq "erməni xəstəliyi"nin simptomlarıdır".

Z.Əliyevin sözlərinə görə, yüzlərlə fakt var ki, döyüşü və mübarizənin aparılmasını mənasız sayan erməniləri elə ermənilərin özləri qətl edib:

"Məsələn, 1903-cü il dekabr ayının 15-də Moskvada tanınan erməni bankiri Camqarov kilsədən çıxıb evə gedəndə qətlə yetirilir. 1907-ci il 22 iyulda xalça taciri Tavşancyan Nyu-Yorkda mağazısını bağlayıb evə gedən zaman güllə ilə vurulur. Kürəyindən üç güllə yarası alan tacir yerindəcə keçinir. Qatil həbs edilir. Məlum olur ki, onu öldürən ASALA üzvü Bedros Hambarsumyandır. 27 sentyabrdan başlanan Vətən müharibəsi zamanı da ermənilər kütləvi şəkildə cəbhə bölgəsini qoyaraq qaçırlar. Eevlərini belə dolu qoyaraq dərhal Qarabağdan çıxmağa çalışırlar. Bütün bunlar erməninin qorxaq xislətinin bariz nümunəsidir və yaxın zamanlarda biz bunun çox şahidi olacağıq".


Etiketlər:  Ermənistan Dağlıq Qarabağda məskunlaşan sakinləri məcburi şəkildə döyüş meydanında saxlamaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ