Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 06:16
Bakı. Trend:
UEFA Çempionlar Liqası 2024/25 mövsümündən etibarən 36 komandaya qədər genişləndirilə bilər.
Trend-in məlumatına görə, bu barədə "The Telegraph"a mənbə bildirib.
Mənbənin sözlərinə görə, turnirin islahatı qrup mərhələsinin strukturunda dəyişikliyi nəzərdə tutur. Onlardan birinə əsasən, 36 klub on görüş keçirəcəkləri altı qrupa bölünəcək.
Digər dəyişik isə qrup mərhələsində eyni sayda görüş nəzərdə tutur, lakin rəqiblər xüsusi "İsveçrə sistemi" əsasında müəyyənləşəcək.
Qeyd edək ki, hazırkı sistemə əsasən Çempionlar Liqasının qtup mərhələsində 32 komanda mübarizə aparır.