Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 15:52
Model və aktrisa Stefani Kayo Amerika kubokunun yarımfinalında bu gecə Çili ilə qarşılaşacaq Peru yığmasını motivasiya etmək üçün maraqlı addım atıb.
Qol.az xarici KİV-ə istinadən yaydığı xəbərə görə, perulu cazibədar xanım futbolçulara şərt qoyub. O, şəxsi “Tvitter” hesabında Çilinin qapısına komandanı finala çıxaracaq qolu vuran futbolçunu öpəcəyini və onu bu yolla mükafatlandıracağını yazıb.
Qeyd edək ki, Çili – Peru oyunu Bakı vaxtı ilə gecə saat 03:30-da başlayacaq. Cütün qalibi finalda ev sahibi Braziliya ilə qarşılaşacaq.