Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 15:44
Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CİES) Avropanın beş ən böyük liqasında bu mövsüm qayda pozuntularından ən çox əziyyət çəkən futbolçuların siyahısını dərc edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu siyahının ilk pilləsində PSJ-nin hücumçusu Neymar qərarlaşıb. Orta hesabla ona qarşı hər 20 dəqiqə 39 saniyədən bir qayda pozulur. Bu mövsüm Fransa çempionatında 289 dəqiqədə artıq 14 dəfə Neymara qarşı qayda pozulub.
Ən çox qayda pozuntularından əziyyət çəkən 10 futbolçu aşağıda adları qeyd olunanlardır:
Neymar (PSJ)
Anjelo Fyuljeni ("Anjer")
Yanqel Errera ("Qranada")
İqnatius Qanaqo ("Lans")
Arno Nordin ("Sent-Etyen")
Maykl Antonio ("Vest Hem")
İvan Neyyu ("Sent-Etyen")
Rişarlison ("Everton")
Qreydi Dianqana ("Vest Bromviç")
Sadio Mane ("Liverpul")