Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 17:56
PSJ-nin futbolçusu Neymar Fransa klubunda oynamağa davam etmək istəyir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunun PSJ-də çıxış etməkdən məmnun olduğu bildirilib. Ancaq klub onunla müqavilənin uzadılması ilə bağlı danışıqlara hələ başlamayıb. Bu durumun futbolçunun yaxınlarını narahat etdiyi vurğulanıb.
Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin iyunu başa çatır.