Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 21:12
Yeni "iPhone 12" modellərinin hamısı olduqca sürətli "5G mmWave" texnologiyası ilə işi dəstəkləməyəcək. Bu standart yalnız ABŞ bazarı üçün əlçatan olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "mmWave" texnologiyası ilə işləmə imkanına malik smartfonlarda əlavə antena var. "iPhone 12" modelinin beynəlxalq versiyasında bu detal yoxdur və bu səbəbdən millimetr dalğasında siqnal qəbul edə bilməyəcəklər.
"5G mmWave" texnologiyası məlumatların ötürülməsi üçün maksimal sürət təmin edir, amma uyğun baza stansiyasının iş radiusu kiçikdir və onun əhatə dairəsi, məsələn, stadion və ya aeroportu təmin edə bilər. ABŞ-ın "Verizon" mobil operatorunun baş direktoru Hans Vestberq "iPhone 12" modelinin təqdimatında deyib ki, smartfon qiqabit yükləmə sürətini təmin edə bilər.