Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 12:30
UEFA 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2020-ci ildə keçiriləcək Avropa çempionatı ilə bağlı qərarını verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub. Mövcud durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.
Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.