Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İ̇lk dəfədir bir yaranın 30 illik qaysağının qanadığını görürəm''

''İ̇lk dəfədir bir yaranın 30 illik qaysağının qanadığını görürəm''

Tarix: 21 Oktyabr 2020 17:40

"Zəngilandan çıxanda 11 yaşım var idi. O illərlə bağlı hər nə xatırlasam belə, yenə gəlib Zəngilandan çıxdığımız gündə bitir. Uşaqlığımı müharibə əlimdən almışdı".

Sonxeber.net bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Bəhruz Vaqifoğlu deyib. İşğaldan azad edilən Zəngilanda dünyaya gələn aktyor qələbə xəbərini eşitdiyi andan danışıb, təəssüratlarını bölüşüb:

"Sözlərim pafoslu səslənə bilər. Amma bu həqiqətdir. Bunu yaşayanlar daha yaxşı bilirlər. Zəngilana illər sonra ilk dəfə ayaq basanda nələr edəcəm deyə bilmərəm. Bu bir əhvaldı, yaşantıdır, duyğudur. Nə edəcəyimi onunla qarşı qarşıya dayananda biləcəm. Bu isə çox uzaqda deyil. Allah bu işdə dövlətimizə və ordumuza yar olsun".

B.Vaqifoğlu daha sonra qələbə xəbərini ilk eşitdiyi an keçirdiyi hissləri bu sözlərlə izah edib:

"İlk dəfədir özümə sahib çıxa bilmirəm. Ağlaya-ağlaya gülürəm, danışa-danışa susuram. İlk dəfədir nəfəsim tikə kimi ilişib boğazımda qalıb. İlk dəfədir gözlərimin bu qədər yol çəkdiyini görürəm. İ̇lk dəfədir bir yaranın 30 illik qaysağının qanadığın görürəm. Sanki hər ş̧ey ilk dəfədir... Budaqdan asılmış son payız yarpağı qədər kövrək, son ümid qədər saf, tanrı qədər tək, peyğəmbər qədər müqəddəs hiss edirəm özümü. İ̇lk dəfədir bu qədər sevirəm, qürur duyuram, bu qədər dua edirəm, var olduğumu hiss edirəm. Bütün hisslərim, varlığım alıb aparır məni. Çöl düzündə, gün altında yuxu görər kimiyəm... Yarı diri, yarı ölü kimiyəm. Mən özündə olmayan, sahibsiz ruh kimiyəm... İ̇lk dəfədir özümə sahib çıxa bilmirəm".


Etiketlər:  İlk dəfədir yaranın illik qaysağının qanadığını görürəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ