Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 19:00
"Başakşəhər"in yarımmüdafiəçisi Mehmet Topal daha bir ilkə imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı oyunçu Çempionlar Liqasında 3 onillikdə (2000, 2010 və 2020) meydana çıxan ilk türk futbolçu kimi tarixə düşüb.
Türkiyə millisinin sabiq üzvü bunu ötən gecə Almaniyanın "Leyptsiq" klubu ilə səfər oyununda (0:2) meydana çıxmaqla rəsmiləşdirib.
Xatırladaq ki, Topal "Başakşəhər"lə Superliqada son mövsümün qalibi olmaqla da ilkə imza atmışdı. O, "Qalatasaray" və "Fənərbağça"dakı çempionluqlarından sonra "Başakşəhər"lə də bu sevinci yaşamaqla 3 fərqli klubla Türkiyə çempionu olan ilk futbolçuya çevrilmişdi.