Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür

“AzerGold” işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan və Avropa şirkətləri ilə bağlı tədbirlər görür

Tarix: 22 Oktyabr 2020 12:44

Bakı. Trend6

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti işğal edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq addımlar atır.

QSC-dən Trend-ə verilən məlumata görə, layihənin hazırlıq mərhələsinə 2016-cı ildə başlanılmış, 2018-ci ildə hazırlıq mərhələsi üzrə toplanılmış materiallar AR Baş Prokurorluğuna təqdim edilib.

Qeyd edilir ki, sözügedən materiallarda, işğal olunmuş ərazilərdə qızıl, gümüş, mis, molibden və digər əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olan şəxslər və şirkətlər barədə ictimai açıq mənbələrdən toplanılmış məlumatlar əks edilib:

"2019-2020-ci illərdə layihənin beynəlxalq komponentinin icrasını təmin etmək məqsədilə, layihənin icrasına nüfuzlu beynəlxalq hüquq şirkəti və bir sıra yerli ekspertlər cəlb olunub. Bu dövr ərzində qızıl da daxil olmaqla əlvan metalların qeyri-qanuni hasilatı və ticarətinin qarşısının alınması, habelə bu cür fəaliyyətin beynəlxalq müstəvidə hüquqi qiymət alması üzrə zəruri addımları əks etdirən Strategiya sənədi hazırlanıb. Bu Strategiyanın icrası işğal altında olan əlvan metal yataqları üzrə konkret hüquqi tədbirlərin görüləcəyinə və nəticələrin əldə ediləcəyinə inanırıq”.


Etiketlər:  AzerGold işğal edilmiş ərazilərdə əlvan metalların qanunsuz hasilatını təşkil edən Ermənistan Avropa şirkətləri ilə bağlı tədbirlər görür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ