Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni transferlər "Qarabağ"a qarşı oynamaya bilər

Yeni transferlər

Tarix: 22 Oktyabr 2020 17:20

"Makkabi"nin yeni  transferləri - Luis Ernandes və Aleksandar Peşiç Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda bu gecə keçiriləcək "Qarabağ"la matçda böyük ehtimalla meydanda olmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Giorqos Donis yeni transferlərə bu gün şans verməyi düşünmür. Bildirilib ki, futbolçular koronavirus səbəbində uzun müddətdir futbol oynamadıqları üçün uyğunlaşma prosesini geridə qoymayıblar. Buna görə də baş məşqçi onları Ağdam təmsilçisi ilə görüşdə oynatmağı planlaşdırmır.

Qeyd edək ki, "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Yeni transferlər Qarabağa qarşı oynamaya bilər


RƏYLƏR