Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri

Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri

Tarix: 22 Oktyabr 2020 17:39

Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Gəncə Yəhudi Dini İcmasının sədri, milliyətcə yəhudi olan Arif Babayev deyib.

Onun sözlərinə görə, yəhudi xalqı hər zaman Azərbaycan xalqının yanında olub: "Ermənilərin Gəncə şəhərinə atdığı raket dinc sakinlərin ölümünə və xəsarət almasına səbəb olub. Azərbaycan xalqı kimi, yəhudi xalqı da belə hesab edir ki, Gəncədə mülki əhaliyə qarşı cinayətlər faşist erməniləri tərəfindən törədilib. Onlar hətta faşistlərdən də betərdirlər".

A.Babayev qeyd edib ki, Gəncədə törədilən hadisələrlə bağlı iki dəfə bəyanat verib və onları Gəncə Şəhər İcra Hakimiyyəti vasitəsilə beynəlxalq təşkilatlara göndərib.

Hazırda Gəncədə təxminən 300 yəhudinin yaşadığını deyən A.Babayev onların heç nədən qorxmadığını, hazırda da Gəncədə yaşadığını vurğulayıb. O, yəhudilərin sona qədər də Gəncədə qalacağını qeyd edib.

Ermənilər tərəfindən müharibəyə dini donun geyindirilməsini yolverilməz sayan A.Babayev icmanın bu məsələyə olduqca pis yanaşdığını deyib. O, Azərbaycanda dini ayrıseçkiliyə heç zaman yol verilmədiyini, Gəncədə yəhudilər üçün ayrıca qəbiristanlığın olmasının buna nümunə olduğunu söyləyib:

"Qədimdən Gəncədə yəhudi qəbiristanlığı var. Bizə xüsusi qəbiristanlığın ayrılması millət olaraq bizə göstərilən hörmətin təzahürüdür. Biz burada dünyasını dəyişən yəhudiləri dəfn edərkən azərbaycanlılar da mərasimdə iştirak edirlər. Ermənilər Azərbaycandakı etnik qruplar arasında təxribat salmaq istəyirlər, ancaq biz buna uymuruq. Yəhudi xalqı hər zaman Azərbaycanın yanında olub. Qarabağ müharibəsində döyüşən həbrçilərimiz arasında Azərbaycan vətəndaşı olan yəhudilər də var. Bizim hər birimiz Azərbaycan uğrunda vuruşmağa hazırıq. Elə mən özüm də buna hazıram. İnanıram ki, Qarabağ müharibəsi bizim qələbəmizlə başa çatacaq. Şəhid olan hərbçilərimizə dini icma adından rəhmət diləyirəm. Qoy, şəhidlərimiz hər zaman qələbə, ədalət uğrunda mübarizə aparsınlar".


Etiketlər:  Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə müqayisə etmək olmaz Yəhudi Dini İcmasının sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ