Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınların dərdi – Solğunlaşmış dəri

Qadınların dərdi – Solğunlaşmış dəri

Tarix: 24 Oktyabr 2020 08:33

Dərinin qırışıb-solğunlaşması heç də qocalığın əlaməti deyil. Dəriyə qulluq edilməməsi, yorğunluq, stress, sinir sisteminin zəifləməsi, ümumi tonusun aşağı düşməsi, vitamin azlığı, irsi amillər dərinin solğunlaşmasına və vaxtından əvvəl qocalmasına səbəb ola bilir. Bəs nə etməli?
Solğun və qırışmış üz dərisinə sahib olan adamlar üzlərini gah isti, gah da soyuq su ilə yumalıdırlar. Quruladıqdan sonra üzə ya yumşaldıcı krem çəkilməli, ya da bitki dəmləmələriandən olan kompres qoyulmalıdır.
Solğun, qırışmış üzu yuyub yaş halda krem çəkilir. 40 dəqiqədən sonra kağız salfetlə kremin artığı silinir. Belə dəriyə ayda 2-3 dəfə kosmetik massaj məsləhət görülür.
Qırışmış üz dərisinə bitkilərdən hazırlanmış maskalar yaxşı təsir göstərir. Nanə, sürvə (şalfey), qızılgül ləçəkləri, şüyüd qarışımının dəmləməsini tənzifə hopdurub üzdə 20-30 dəqiqə saxlamaq üzün dərisində olan solğunluğu aradan qaldırır.
Meyvə-tərəvəzlərdən hazırlanmış maskalar bütün növ dəri üçün faydalıdır. Belə maskaları üzün dərisinə qoyduqda boyun nahiyyəsinə də qoymaq lazımdır. Albalı, limon, portağal, xiyar və pomidor qarışımından hazırlanan maskalar solğun dərini təravətləndirir, rəngini duruldur.
Bəzən üzə meyvə dilimləri qoymaq da öz müalicəvi faydasını göstərir.
Solğunlaşmış və quru dəriyə 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf unu və 1 yumurta ağından hazırlanmış maska yaxmaq xoşagəlməz əlamətləri aradan qaldırır.
1 yumurtanın sarısı, 2 çay qaşığı yulaf unu, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı zeytun yağından hazırlanmış qarışım qızdırılıb sıyıq şəklinə salınır. Soyuduqdan sonra üzə çəkilir 15-20 dəqiqə saxlanılır və salfetlə silinir.


Etiketlər:  Qadınların dərdi Solğunlaşmış dəri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ