Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 13:36
"Qarabağ"ın sabiq futbolçusu və Azərbaycan milisinin üzvü Riçard Almeyda "Zirə"yə keçir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarmmüdafiəçi çıxış etdiyi Birləşmiş Ərəb Əmirlikləri klubu "Baniyas"la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. "Zirə" ilə mövsümün sonunadək razılaşan braziliyalı oyunçu bu gün Bakıya gəlir.
R.Almeyda Azərbaycanda 2011-2018-ci və 2019/2020-ci illərdə "Qarabağ"da oynayıb. O, 2017-ci ildən milli komandamızın üzvüdür.
Qeyd edək ki, bu barədə ilk xəbəri sportinfo.az saytı yayıb.