Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir - FOTO

Tarix: 25 Oktyabr 2020 12:00

Ermənistan Baş naziri Nikol Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar ordumuz tərəfindən məhv edilir.

Daha öncə Ermənistanın ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi "Tor-M2KM" zenit-raket kompleksinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi xəbərini vermişdik.

Milli.Az Trend-ə istinadən bildirir ki, dünən isə cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən dünən gecə isə cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 "Qiasint-B" topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Milli.Az


Etiketlər:  Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir bir məhv edilir FOTO


RƏYLƏR