Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Siti'' Qvardiolanın əvəzləyicisini tapdı

''Mançester Siti'' Qvardiolanın əvəzləyicisini tapdı

Tarix: 26 Oktyabr 2020 12:56

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 49 yaşlı mütəxəssisin komandada qalmasını istəyir. Klub onunla 2021-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqda istəklidir. Ancaq Qvardiola gələcəyi ilə hələ qərarını verməyib.

Bildirilib ki, baş məşqçi klubdan ayrılacağı təqdirdə, "Mançester Siti" onu əvəzləyəcək şəxsi müəyyənləşdirib. Mançester klubu "Leyptsiq"in 33 yaşlı çalışdrıcısı Yulian Naqelsmannı Qvardiolanın əvəzləyicisi hesab edir. Namizədlərdən birinin  də Maurisio Poçettino olduğu vurğulanıb.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.


Etiketlər:  Mançester Siti Qvardiolanın əvəzləyicisini tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ