Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib

Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib

Tarix: 26 Oktyabr 2020 14:24

Bakı. Trend:

Böyük Britaniyada “AstraZeneca” şirkəti ilə Oksford Universitetinin hazırladığı koronavirus vaksini sınaqların üçüncü mərhələsində yaşlı şəxslərdə dayanıqlı immun reaksiyasına səbəb olub.

Trend-in məlumatına görə, 55 yaşdan yuxarı şəxslər üzərində keçirilən sınaqların nəticələrinə əsasən müəyyən olunub ki, əksər şəxslərin bədənində anticisimlər formalaşıb.

Mütəxəssislərin fikrincə, bu, çox müsbət əlamətdir. Sınaqların yekun nəticələri bütün məlumatların analizindən sonra məlum olacaq.

Qeyd edək ki, “AstraZeneca”nın vaksininin sınaqlarının üçüncü mərhələsi Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Yaponiyada davam edir. Bundan başqa, ABŞ-da sınaqların yenidən başlaması gözlənilir.


Etiketlər:  Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ