Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 18:18
Sərsəm bəyanatlar verərək Dağlıq Qarabağ üzrə danışıqlara son qoyan Ermənistanın başsız baş naziri Nikol Paşinyan müharibə başladıqdan sonra Azərbaycan dövlətinin, onun ordusunun və Prezident İlham Əliyevin qarşısında aciz vəziyyətə qalaraq böyük dövlətlərə və bir sıra liderlərə yalvarmağa başladı.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, hər qapıdan sülh dilənən bu bitkin adam Azərbaycanın ona verdiyi son şansdan istifadə etmək əvəzinə, xislətinə sadiq qalaraq humanitar atəşkəs dövründə mövqelərimizə hücüma keçdi, mülki vətəndaşlarımızın ölümünə səbəb oldu:
"Təbii ki, Azərbaycan ordusu onların qarşısını layiqincə aldı və döyüş meydanında əsl qəhrəmanlıq göstərdi. İqtisadiyyatı çökən, ordusu pərən-pərən düşən, işğal altında olan ərazilərimizi əldən verən Paşinyan "Facebook" sosial şəbəkəsində xalqına müraciət edərək artıq Qarabağda diplomatik tənzimlənmənin mümkün olmadığını və hər kəsin silah götürməli olduğunu bildirdi.
Paşinyan bir tərəfdən qapı-qapı gəzərək sülh dilənir, digər tərəfdən xalqını silaha sarılmağa çağırır. Bütün bunların fonunda isə Azərbaycan ordusu irəliləyir, ermənilərin 30 il ərzində qurduğu dayaq məntəqlərini qısa vaxtda məhv edir, torpaqlarını işğaldan azad olunur. 30 il ərzində münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birtərəfli qaydada Ermənistana dəstək gəlir və əvəzində Azərbaycana təzyiqlər göstərilməyə başlayır. Siz kimə, nəyə görə dəstək göstərirsiniz, bunun fərqindəsiniz?
Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan xalqının daha 30 il gözləmək üçün səbri yoxdur. Münaqişənin çox sadə həlli var. İşğal olunan bütün torpaqlar işğaldan azad olunmalıdır. Lakin BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı Azərbyacana qarşı növbəti təzyiq cəhdinin şahidi olduq. İllər ərzində aparılan uğurlu xarici siyasət öz nəticəsini verdi və bu təxribatın qarşısı alındı. Qoşulmama Hərəkatına qoşulan ölkələr Azərbaycanın mövqelərini ciddi şəkildə dəstəklədi. Cəbhədə gedən döyüşlər diplomatk sahədə də davam edir. Hər iki istiqamətdə Azərbaycan güclü dövlətdir və şərtləri o diqtə edir. Görünür, başsız baş nazir Paşinyan vəziyyətin onun və Ermənistan dövləti üçün acı nəticələrini başa düşüb, indi də ABŞ-a yalvarmağa başlayıb.
Azərbaycan beynəlxalq öhdəliklərə və verdiyi sözə hər zaman sadiq olmuşdur. Bu dəfə də humanitar atəşkəsə sadiq qalacaqdır. Lakin görünən odur ki, ənənəvi Azərbaycanlı düşmənçiliyindən əl çəkə bilməyən Ermənistan yenidən yaşayış məntəqələrimizi atəşə tutmağa davam edir. Bu halda isə bizim başqa yolumuz qalmır. Torpaqlarımızı şanlı Azərbaycan ordusu azad edəcək!".