Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 20:27
Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.
Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:
"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).
Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.