Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Report'' informasiya agentliyi 6 yaşını qeyd edir

''Report'' informasiya agentliyi 6 yaşını qeyd edir

Tarix: 27 Oktyabr 2020 11:42

Bakı. Trend:

Bu gün "Report" informasiya agentliyi 6 yaşını qeyd edir.

Trend-in məlumatına görə, “Report-İA” MMC (Report informasiya agentliyi) 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. Həmçinin, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Trend informasiya agentliyinin kollektivi "Report"da çalışan həmkarları təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!


Etiketlər:  Report informasiya agentliyi yaşını qeyd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ