Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 22:56
27 sentyabrdan bu yana Türkiyənin "Bayraktar TB2" PUA-sının vurduqları təxminən aşağıdakı kimidir. Qeyd edək ki, siyahı MN rəsmi yaydığı videolara görə müəyyən olunub:
- 72 ədəd T-72 tank
- 23 ədəd Zirehli döyüş maşını
- 41 ədəd artilleriya topu
- 48 ədəd Reaktiv yaylım atəş sistemi
- 13 ədəd zenit-raket kompleksi
- 7 ədəd radar
- 96 ədəd yük maşını
Erməni tərəfi isə bu zamana qədər 1 ədəd TB2 vurub, və hətta onu da 5 dəfə müxtəlif rakurslardan göstərib.
Ali Baş Komandan İlham Əliyev də çıxışlarının birində demişdir ki, Türkiyədən aldığımız uçuş aparatlarının sayəsində Ermənistanın 1 milyard dollardan çox hərbi texnikanın zərərsizləşdirilib.