Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 23:16
"Huawei" şirkəti ən yeni "Kirin 9000" platforması ilə işləyən qabaqcıl "Mate 40" smartfonlar xəttini nümayiş etdirib. "Huawei Mate 40", "Mate 40 Pro", "Mate 40 Pro " və "Mate 40 RS Porsche Design" smartfon modelləri onlayn təqdimat zamanı nümayiş etdirilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfonlar 5 nanometrlik texnoloji prosesə əsaslanan və "Huawei" şirkəti tərəfindən hazırlanmış "Kirin 9000" platforması ilə işləyir. Bu çipin maksimal takt tezliyi 3,13 QHs təşkil edir. "Mali-G78" videosürətləndiricisi 24 nüvə ilə təchiz edilib. Bütün smartfonlar "5G" rabitə şəbəkəsində işləyir.
"Huawei Mate 40" və "Mate 40 Pro" modelləri 1080x2376 piksel təsvir ölçülü 6,5 düymlük OLED ekran, böyük modellər isə 1344x2772 piksel təsvir ölçülü 6,76 düymlük ekranla təchiz edilib. Bütün modellər təsviri yalnız 90 hers tezlikdə yeniləyə bilir.
Bütün smartfonlar 50 mp-lik əsas fotosensora malikdir. Optik sabitləşmə və lazer avtofokusu var. İkinci sensor 20 mp-lik genişbucaqlı obyektivdir. Kiçik versiya avtofokussuz 16 mp-lə kifayətlənir, amma "Mate 40 Pro"da "balıq gözü" effektini azaldan xüsusi şüşə tətbiq ediblər.
Optik zuma malik üçüncü sensorun imkanları modeldən modelə fərqlənir. Bu, "Mate 40" aparatında 8 mp-lik təsvir ölçüsünə və üçqat optik zuma malik sensordur. "Mate 40 Pro" modelində 5 qat zuma malik 12 mp-lik sensor tətbiq edilib.
Əməliyyat sistemi kimi "Android 10" əsasında işləyən "EMUI 11" interfeysi istifadə edilir. Əlbəttə ki smartfon "Google" xidmətlərinə çıxış imkanına malik deyil.
"Huawei Mate 40" modeli 4200 milliamper/saat tutumlu akkumulyator, digər modellər isə 4400 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Kiçik modeldə simli enerjidoldurmanın gücü 40 vatt təşkil etdiyi halda, böyük modellər artıq 66 vatt ilə işləyir.