Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var - FAO

Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var - FAO

Tarix: 28 Oktyabr 2020 11:04

Azərbaycanın balıqçılıq və kənd təsərrüfatı sektorunda əhəmiyyətli bir irəliləyiş var.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu balıqçılıq və balıq məhsulları sənayesinə həsr olunan vebinarda BMT-nin Ərzaq və kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmak deyib.

M.Çakmak balıqçılıq və balıq məhsulları yetişdirmə sənayesinin potensialına diqqəti yönəldərək bildirib ki, ətraf mühitə təsirlərini nəzərə alaraq sənayenin düzgün idarə edilməsi vacibdir.

M.Çakmak, balıqçılıq və balıq məhsullarının dünyanın ən sağlam qidalarından biri olduğunu, aclıq və qidalanmanın aradan qaldırılmasında xüsusi bir rol oynaya biləcəyini xatırlatdı.

O, özəl sektorla tərəfdaşlığın vacibliyini vurğulayıb.

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Proqramının Rəhbəri Raimund Jehle müzakirələrə qoşuldu. O, sektorda beynəlxalq standartlara vurğu edərək, standartlara uyğun gəlmədiyi üçün balıqçılıq və balıq məhsulları yetişdirmə sahəsindəki təhlükəsizlik problemlərinin davam etdiyini söylədi.

Qeyd edək ki, Mərkəzi Asiyada Dayanıqlı Balıqçılıq və Balıq Məhsullarının İdarə edilməsinin (FISHCap) inkişafı layihəsi çərçivəsində təşkil olunan vebinarda iştirakçıkar bu sahədə əməkdaşlıq imkanlarını və Azərbaycanda bu sənayenin səmərəli idarə olunmasını müzakirə etdilər. Bütün iştirakçılar balıqçılıq sənayesində həm milli, həm də regiondaxili əməkdaşlıq və birgə fəaliyyətin sektorun inkişafı üçün ilkin şərt olduğu qənaətinə gəldilər.


Etiketlər:  Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ