Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı

Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı

Tarix: 29 Oktyabr 2020 17:34

Bakı. Trend:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən trend-ə bildirilib ki, 29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən trend-ə bildirilib ki,


Etiketlər:  Bas Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı


RƏYLƏR