Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 07:09
Koronavirus xəstəliyinə tutulma riskini azaltmaq üçün sağlam həyat tərzi sürməli və mütəmadi olaraq vitamin qəbul etməlisiniz.
Sonxeber.net xəbər verir ki, bu sadə tövsiyə həkim-immunoloq Vitali Zverev tərəfindən verilib.
"Koronavirusa yoluxma ehtimalını azaltmaq üçün sağlamlığınıza diqqət yetirməlisiniz. Sağlam həyat tərzi və düzgün qidalanma kömək edəcək", - Zverev qeyd edib.
İmmunoloq qışda günün qısa olması səbəbindən vitamin çatışmazlığının meydana gəldiyini bildirib. O, xüsusilə də D vitamininin qidaya daxil edilməsində israrlı olub. Zverev koronavirusa yoluxma ehtimalını azaltdığı üçün interferon və sink əsaslı dərmanlar qəbul etməyi tövsiyə edib. (publika.az)