Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 14:48
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 8 011 nəfər koronavirusa (COVID-19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 604 952 nəfərə çatıb. Virus daşıyıcılarından 5 128 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 365 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 34 478 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 477 003 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 4,89 milyondan çox diaqnoz testi həyata keçirilib.