Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 08:15
Amenoreya aybaşının uzunmüddətli və müvəqqəti olaraq baş verməməsidir.Amenoreyanın bir-neçə növü ayırd edilir.
Yalançı amenoreya
Yalançı amenoreya zamanı yumurtalıqlarda,uşaqlıqda və bütün orqanizmdə aybaşı tsiklinin dəyişiklikləri baş verir.Buna baxmayaraq qopmuş endometriya və endometriyanın deskvamasiyası zamanı axan qan xaricə çıxa bilmir.
Həqiqi amenoreya
Həqiqi amenoreya zamanı yumurtalıqlarda,endometriyada və bütün orqanizmdə tsiklik dəyişikliklər baş vermir.Həqiqi amenoreya fizioloji və patoloji olmaqla 2 hissəyə ayrılır.Fizioloji amenoreya normal hal hesab edilir.Bu yetkinlik yaşına çatmamış qızlarda,hamilə və südəmizdirən analarda və postmenopauza dövründə olan qadınlarda müşahidə edilir.
Patoloji həqiqi amenoreya
Birincili və ikincili olmaqla 2 yerə ayrılır.Birincili amenoreya qadınlarda cinsi yetişkinlik dövründə aybaşının tamamən olmamasıdır.Əgər aybaşı əvvəl olub sonra kəsilirsə bu ikincili amenoreya adlanır.
Patoloji amenoreya
Bu aybaşı tsiklinin istənilən nizamlayıcı faktorun zədələnməsi ilə əlaqədar ola bilir.Bu zədələnmələr hipotolamus,hipofiz,yumurtalıq,uşaqlıq,qalxanabənzər vəz və böyrəküstü vəzin xəstəlikləri zamanı baş verir.
Amenoreyanın baş verməsinə digər amillər də səbəb ola bilir.Bunlara aiddir:
* psixikannın pozulması(şizofreniya)
* ağır psixi travmalar(müharibə,təbii fəlakət və s.)
* zehni və fiziki gərginliklər
* vitamin çatışmazlığı
* keyfiyyətsiz qidalanma